Kateqoriyasız

“Neftçi”nin məntiqsiz qərarı və ya “biclik” – ÖZƏL

Ötən gecə "Neftçi" "İnter" rüsvayçılığının ardından bəyanat yaydı. Məlum bəyənatda 3 futbolçunun transferə çıxarılması qeyd olunmuşdu. Bu futbolçular içərisində millinin də şərəfini qorumuş Elvin Yunuszadə də var.

Maraqlı məqam ondan ibarətdi ki, Yunuszadənin 1 ay sonra "Neftçi" ilə olan müqaviləsi başa çatır. Müqaviləsi başa çatan futbolçunu necə transferə çıxartmaq olar? 

Düzdü, "Neftçi" E.Yunuszadəni öncə əvəzedici heyətə göndərildiyini bildirərək ordan da transferə çıxarıldığını bəyan edib. Bu 30 gün içərisində Elvinə müştəri tapılmasa müdafiəçi sənədlərini "Neftçi"dən götürərək azad  futbolçu kimi istədiyi komandaya qoşula bilər. Məhz belə olan məqamda da onu transfer etmək istəyən komanda 1 ay səbr edə bilər. Bu zaman isə "Neftçi" heç nə qazanmayacaq. Bəs maraqlıdı "Neftçi" onu niyə və necə transferə çıxardır? Bu 30 gündə nəyə və necə ümid edir?

Əldə etdiyimiz digər məlumata görə, "Neftçi" Yunuszadəni satmaqla qazanc əldə etmək istəyir. Ancaq bu da qaydalara zidd sayılacaq. Hər halda 1 ay sonra müqaviləsi başa çatacaq futbolçu məhz 30 gün sonra sənədlərini komandadan götürdükdə "Neftçi" hansı formada transferdən pul qoparda biləcək, bax bu maraqlıdı.

İstənilən halda klubun yaydığı bəyanatdakı bu qərar olduqca məntiqsizdi.

Səxavət QURBANOV

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43