Kateqoriyasız

AFFA-nın qərarı “Neftçala”nı silkələdi: “Sona kimi mübarizə aparacağıq”

“Biz haqqımızı sona kimi tələb edəcəyik. Sona kimi mübarizə aparacağıq”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında Birinci divizionda çempion olan “Neftçala”nın baş məşqçisi Kamal Quliyev deyib.

AFFA-nın lisenziya ilə bağlı verdiyi qərara əsasən Premyer Liqaya yüksəlməyəcək “Neftçala” qurumun bu qərarındna çaş-baş qalıb.

Quliyev  qarşıdakı günlərdə bu qərarı klub rəhbərliyi ilə müzakirə edəcəklərini bildirib:

“Hələ ki, on gün vaxtımız var. Mən buna və bununla yanaşı öz rəhbərliyimizə inanıram. İnanıram ki, hər şey biz istəyən kimi olacaq. Hazırda başqa yerdəyəm. Qayıdan kimi klub rəsmiləri ilə görüşümüz olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43