İdman

“Qarabağ”da ciddi itki

Azərbaycan çempionu “Qarabağ” Premyer Liqanın sonuncu, 28-ci turunda qarşılaşacağı “Qəbələ” matçına ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin əsas heyət üzvü Donald Gerye, ötən matç sarı vərəqə limitini doldurduğundan “Qəbələ” ilə görüşü kənardan izləyəcək.

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu mayın 21-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43