Kateqoriyasız

“Qarabağ”da ciddi itki – növbəti oyunu buraxacaq

Bakıda “Olimpiakos”a qarşı matçda zədələnən Kadi Borgesin durumuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçunun ayaq zədələsində problem aşkarlanıb. Oyunçunun zədəsinin ciddi olmadığı lakin 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacağı bəlli olub.

Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunda “Sumqayıt”a qarşı matçı buraxsa da, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Nant”la səfər görüşündə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, “Nant” – “Qarabağ” matçı oktyabrın 27-si Fransada olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43