Kateqoriyasız

“Qarabağ”da daha bir ayrılıq

Leroy Corc, Muarem Muarem, Vüqar Nadirov kimi futbolçuları ilə vidalaşan “Qarabağ” daha bir aparıcı üzvü ilə yollarını ayırıb. 

İdmanxeber.com-un“Futbol+” qəzetinə istinadən verdiyi məlumata görə, Ağdam klubu uzun illərdi Qurban Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alan Çudomir Çakarovla vidalaşıb. Buna səbəb bolqar mütəxəssisin səhhətində yaranan problemlərdi.

Artıq Çakarovun əvəzləyicisi də bəllidir. Bundan sonra “Qarabağ”ın fiziki hazırlığına daha əvvəl “Neftçi”də çalkışmış Ruben Selles nəzarət edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43