Premyer Liqa

“Qarabağ”da Lənkəran səfəri öncəsi ciddi itkilər

Premyer Liqanın XI turunda səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq "Qarabağ" bu oyuna ciddi itkilərlə hazırlaşır.

Maksim Medvedev sarı kart limitini doldurduğuna görə, Qara Qarayev isə zədə səbəbindən bu oyunda iştirak etməyəcək. Dünənki məşqi yarımçıq dayandıran Leroy Corcun da bu matçda iştirak edəcəyi sual altınadadır.

Qeyd edək ki, "Xəzər-Lənkəran" – "Qarabağ" oyunu bazar günü 19:00-da keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43