Kateqoriyasız

“Qarabağ”da mənə dedilər ki ermənilərə uduzsan, geri qayıtma”

 “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli AVRO – 2016-nın seçmə mərhələsində Ermənistanla oyunöncəsi keçirilən mətbuat konfransında iştirak edib.

İdmanxeber.com-un məlumatına görə, Albaniya millisinin təcrübəli futbolçusu Ermənistanla oyunöncəsi “Qarabağ”da heç bir təzyiqlə rastlaşmadığını bildirib:

“Azərbaycanla Ermənistan arasındakı hərbi münaqişə haqda məlumatlıyam. “Qarabağ”da mənə dedilər ki, ermənilərə uduzsan geri qayıtma. Lakin bu bir zarafat idi. Orda bununla bağlı heç bir təzyiqə rast gəlmədim. Bütün Azərbaycan ermənilərlə oyunda mənə və Albaniyaya azarkeşlik edəcək”.

32 yaşlı oyunçu oyuna ciddi hazırlaşdıqlarını deyib:

“Biz matça ciddi hazırlaşacağıq. Onların güclü oyunçuları var. Buna baxmayaraq azarkeşlərimizi qələbə ilə sevindirməyə çalışacağıq. Bununçün əlimizdən gələni eləməliyik”.

Martın 29-da Tiranada keçiriləcək Albaniya – Ermənistan matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43