Kateqoriyasız

“Bakı” – “İnter” matçında bir qol və bir qırmızı vərəqə

Premyer Liqada yaranan fasilədən istifadə edən "Bakı" və "İnter" komandaları yoxlama görüşündə üz-üzə gəliblər.

İdmanxeber.com-un məlumatına görə, Biləcəridə baş tutan sınaq matçının taleyini bir qol həll edib. Nizami Hacıyevin 35-ci dəqiqədə vurduğu qol matçda yeganə olub – 1:0.

Sonda onu da qeyd edək ki, matç gərginliyi ilə yadda qalıb. "Zolaqlılar"dan Vüqar Bəybalayev hakimə qarşı sərt etiraza görə qırmızı vərəqə ilə cəzalandırılıb. 

Yoxlama oyunu

14:00 "Bakı" – "İnter" 0:1

Qol: Nizami Hacıyev,35

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43