Kateqoriyasız

“Qarabağ”dan ayrılmaq üzrə olan futbolçu: “Qurban Qurbanovla danışmamışam”

“Kəpəz”lə danışıqlarım olub. Ancaq hələ ki, heç nə tam deyir. Qurban Qurbanovla danışmamışam. Onunla söhbətdən sonra hər şey bəlliolacaq”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Qarabağ”ın futbolçusu Şəhriyar Əliyev deyib.

Ağdma klubunu “Kəpəz”ə dəyişməyə yaxın olan futbolçu yaxın günlərdə hər şeyə aydınlıq gələcəyini bildirib:

“Çoxdandı oyun praktikasından əziyyət çəkirəm. Mən sadəcə oynamaq istəyirəm. Baş məşqçim Qurban müəllimdi. O, nə desə elə də olacaq. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43