Kateqoriyasız

“Qarabağ”dan öncə “Ağsu”

Türkiyə toplanışını başa vurub vətənə qayıdan “Sumqayıt” Futbol Klubu Sumqayıtda hazırlıqlara start verib. 

İdmanxeber.com-un məlumatına görə, komanda gündə bir dəfə olmaqla məşqlərə başlayıb.

Avqustun 10-da 2014/15 mövsümünün ilk oyununda “Qarabağ”la qarşılaşacaq Aqil Məmmədovun komandası sabah “Ağsu” ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 19:00-da Sumqayıtda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43