Kateqoriyasız

“Qarabağ”dan sərfəli nəticə (YENİLƏNİB)

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ" da növbəti matçına çıxacaq.

Qurban Qurbanovun başçılıq etdiyi "köhlən atlar" Çexiyada yerli "Viktoriya"nın qonağı olacaq.

Plzen şəhərində yerləşən  "Dusan Arena"da keçiriləcək "Viktoriya" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.

26 iyul

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu

22:15. "Viktoriya" (Çexiya) 0–0 "Qarabağ" (Azərbaycan)
Qırmızı vərəqə: Baranek 75.

Baş hakim: Aleksandar Stavrev

Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov

Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)

Plzen. "Dusan Arena" stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43