Kateqoriyasız

“Qarabağ”ı sevindirən xəbər

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın zədəli futbolçularının son durumu haqda məlumat verib.

İdmanxeber.com-un məlumatına görə, o, Samuel Armenterosun sabahdan komanda ilə ümumi məşqlərə başlayacağını deyib. Q.Qurbanov komandanın kapitanı Rəşad Sadıqovun isə fərdi məşqlərə start verdiyini bildirib:

“Armenteros zədəlidir. Yoxlama görüşündə topuğundan zədə almışdı. Ümumi durumu yaxşıdır və sabahdan komanda ilə məşqlərə başlayacaq. Rəşad Sadıqov isə fərdi məşqlərə start verib, Ümid edirəm ki, “Tottenhem”lə oyuna qədər hazır olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43