Ölkə futbolu

“Qarabağ”ın 75-ci ev sınağı

“Qarabağ” Azərbaycan kubokunda 75-ci ev oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Ağdam klubunun yubileyi 1/4 finala təsadüf edib. “Qəbələ” ilə qarşılaşmada 2:2 hesabı qeydə alınıb.

1993-cü ildən kubokda çıxış edən “Qarabağ” 75 oyunda 58 qələbə qazanıb, 12 heç-heçə edib və 5 dəfə uduzub.

Ağdamlılar kubokda ilk ev görüşünü 1993-cü ilin 1/32 finalında keçirib. “Qarabağ” Şəki təmsilçisi “Gənclik”lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43