Kateqoriyasız

Namik Ələskərov əməliyyat olundu

Azərbaycan millisinin və “Sabah” klubunun futbolçusu Namik Ələskərov əməliyyat olunub.

İdmanxeber.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindəki yırtığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.

Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.

Həkimlərin rəyinə əsasən, Ələskərov təxminən bir ay sonra komanda ilə məşqlərə qoşulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43