İdman

“Qarabağ”ın Avstriyada ikinci sınağı

Hazırda Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ikinci yoxlama oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə,  Qurban Qurbanovun başçılıq etdiyi komanda yerli “Vakker İnsbruk”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xatırladaq ki, “Qarabağ” Avstriyada ilk yoxlama görüşündə “Ludoqorets”lə (Bolqarıstan) bərabərə qalıb – 1:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43