08 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri

21 ildən sonra Azərbaycanı çempionu olaraq, qitənin ən nüfzulu klub turniri olan Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ”ın potensial rəqibləri məlum olub.

İdmanxeber.com-un məlumatına görə,  aktivində 7. 575 xal olan Ağdam klubu böyük ehtimalla səpələnmişlər səbətində yer alacaq. Belə olacağı halda isə, Qurban Qurbanovun yetirmələri daha münasib rəqiblə üz-üzə gələcəklər.

“Qarabağ”ı öz səbətində 11-ci yerdə qərarlaşıb. Belə ki, “köhlən atlar”ı Rumıniyanın “Styaua” (39,451), Şotlandiyanın “Seltik” (36,813), Belarusun BATE (33,725), Çexiyanın “Sparta” (28,870), Xorvatiyanın “Dinamo” (23,925), Bolqarıstanın “Ludoqorets” (18,125), İsrailin “Makkabi” (Tel-Əviv) (17,875), Moldovanın “Şerif” (17,075), Qazaxıstanın “Aktobe” (8,150) və Latviyanın “Ventspils” (7,750) klubları qabaqlayır. Qısacası bu komandaların “Qarabağ”a rəqiob olmayacağı demək olar ki, dəqiqdi.

Ağdam klubuna rəqib ola biləcək komandalar isə “Sent Patriks” (İrlandiya), “Skenderbeu” (Albaniya), “Valletta” (Malta), “Zrinski” (Bosniya və Hersoqovina), “Kliftonvill” (Şimali İrlandiya), “Jalgiris” (Litva),  Makedoniya, Monteneqro və Lüksemburq çempionları, I təsnifat mərhələsinin 3 qalibi. 

Bundan əlavə qeyri-müəyyənlərMalmö” (İsveç), “Reykravikur” (İslaniya), “Stromsqodset” (Norveç), TNS (Uels), Polşa, Serbiya, Slovakiya, Macarıstan, Sloveniya və Gürcüstan çempionları da “Qarabağ”a rəqiob ola bilərlər.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43