Kateqoriyasız

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibinin “siftə”sini korladılar

Çempionlar Liqasının ilk təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq Monteneqronun “Rudar” komandası hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Pyevliya təmsilçisi ilk yoxlama görüşünü də keçirib. Ağdam klubunun rəqibi Serbiyanın “Mladost Luçani” klubu ilə qarşılaşıb. İki qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 1:1.

“Rudar”ın heyətində Kili Skuliç fərqlənib.

Qeyd edək ki, “Qarabağ” – “Rudar” matçı iyulun 15-də, saat 21:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43