Kateqoriyasız

“Kəpəz” “Bakı”nın futbolçusunu transfer etdi

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Kəpəz" heyətinə daha bir futbolçu cəlb edib. 

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Azad Kərimov Gəncə klubunun sırasına qatdığı növbəti oyunçu olub. Gənc müdafiəçi “Bakı”dan transfer olunub.

Kərimov 21 yaşlı futbolçulardan ibarət milli komandamızın da şərəfini qoruyur. Futbolçu ilə bir illik razılaşma əldə olunub.

“Kəpəz” klubu Azad Kərimovun keçidinə göstərdiyi köməkliyə görə “Bakı”ya minnətdarlıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43