“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Partizani” növbəti yoxlama oyunu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, Albaniya klubu Sloveniyada təlim-məşq toplanışı çərçivəsində Sloveniyanın “Mura” klubu ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Xatırladaq ki, “Partizani” bundan əvcəl Bosniya və Hersoqovina təmsilçisi “Sarayevo”ya məğlub olmuşdu – 1:5.
Qeyd edək ki, “Qarabağ”la “Partizani” arasındakı ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması ilə bir həftə sonra Bakıda keçiriləcək.