Kateqoriyasız

“Qarabağ”ın gözlədiyi tur: Çempionluq rəsmiləşə bilər!

Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümünün yeni qalibi  növbəti – 34-cü turda müəyyənləşə bilər.

İdmanxeber.com-un məlumatına görə, lider "Qarabağ" bu tur "Sumqayıt"a qalib gəlsə və ikinci pillədə qərarlaşan "İnter" "Qəbələ" ilə oyunda xal itirsə Ağdam klubu çempionluğunu rəsmiləşdirəcək. Bundna başqa "Qarabağ" "Sumqayıt"la oyunda heç-heçə etsə belə çempion ola bilər. Bunun üçün "İnter"in "Qəbələ"yə uduzması lazımdı.

Qriqorçukun rəhbərlik etdiyi "Qəbələ"ni məğlubiyyətsizlik seriyasını nəzərə alsaq "Qarabağ" bu tur çempionluğunu rəsmiləşdirməlidi.

Hər iki komanda eyni nəticəyə imza atsa, mübarizə növbəti turadək davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43