Kateqoriyasız

“Qarabağ”ın ilk rəqibi bəlli oldu – Avstriya klubu

“Qarabağ”ın Avstriya toplanışındakı ilk sınaqçı rəqibi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu ilk yoxlama matçında Avstriyanın ikinci liqasında çıxış edən “Vaker İnsburq” klubu ilə qarşılaşacaq. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov deyib.

Qeyd edək ki, matç gələn ayın 25-də keçiriləcək. Digər rəqiblərin adına isə hələ aydınlıq gəlməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43