Kateqoriyasız

“Qarabağ” – “Neftçi” matçından sonra qalmaqal: Həbs olunan və xəsarət alanlar var (FOTO)

Azərbaycan kubokunun “Qarabağ” – “Neftçi” finalından sonra qalmaqal baş verib.

İdmanxeber.com-un məlumatına görə, azarkeşlər təltifetmə mərasimi zamanı meydana yaxın oturacaqlar tərəfə irəliləmək istəyərkən polislərlə aralarında insident yaşanıb. 

“İmarət” azad azarkeş qrupundan saytımıza verilən məlumata görə, həbs olunan və xəsarət alan azarkeşlər var. 

Yaralı fanatlardan bəziləri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digərləri isə 1 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdirilib.

Məlum  hadisədən sonra hərəkətə keçən Ağdam klubunun rəhbərliyi xəsarət almış azarkeşlərə baş çəkib. həbs olunan fanatlar isə sərbəst buraxılıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43