Dünya futbolu

“Qarabağ”ın legionerləri üz-üzə

Martın 28-də Albaniya və Bosniya və Herseqovina milli komandaları arasında yoldaşlıq matçı keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, matç Albaniyada yerləşən 12 min 800 nəfər azarkeş tutumuna malik “Elbasan Arena”da keçiriləcək.

Qeyd edək ki, “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Albaniya, qolkiperi İbrahim Şehiç isə Bosniya və Herseqovina millisinin üzvüdür. Sözügedən qarşılaşmadan 2 gün sonra “Qarabağ” ölkə kubokunun yarımfinalında “Neftçi”nin qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43