Dünya futbolu

Bonuççi rekord məbləğə transfer ediləcək

İngiltərənin “Çelsi” və “Mançester Siti” klubları “Yuventus”un müdafiəçisi Leonardo Bonuççinin xidmətində maraqlıdır.

İdmanxeber.com-un məlumatına görə, komandalar yayda futbolçunu transfer etmək üçün Turin klubuna təkliflər irəli sürmək niyyətindədir. Məlumata görə, ötən yayda bir neçə klub futbolçunu heyətinə cəlb etmək istəsə də, Bonuççi “Yuventus”u tərk etmək istəməyib.

“The İndependent” nəşrinin yaydığı məlumata görə, bir neçə gün öncə 29 yaşlı futbolçu ilə baş məşqçi Massimiliano Alleqri arasında mübahisə olub. Bu səbəbdən Bonuççi Çempionlar Liqasının 1/8 final mərhələsində “Portu”ya qarşı matçın iştirak ərizəsində yer almayıb.

Nəşrin məlumatına görə, Bonuççinin transfer məbləği müdafiəçilər arasında rekord olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43