İdman

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin oyunlarının tarixləri dəqiqləşib.

İdmanxeber.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunlar mayın 7, 8, 10 və 11-də keçiriləcək.

Yarımfinallarda iki qələbə qazanan klublar finala yüksələcəklər. Komandalar hərəyə bir qələbə qazanacağı təqdirdə, mayın 13-də seriyanın üçüncü oyunları baş tutacaq.

Azərbaycan Basketbol Liqası

Yarımfinal mərhələsi

7 may

19:30. “Sabah” – “Xırdalan”

8 may

19:30. “NTD-İndiqo” – “Xəzri”

10 may

19:30. “Xırdalan” – “Sabah”

11 may

19.30. “Xəzri” – “NTD-İndiqo”

Qeyd edək ki, qarşılaşmalar “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43