Ölkə futbolu

Qabonlu futbolçu qol vurdu, rəhbərlik qələbəyə biganə qalmadı – Azərbaycanda

Azərbaycan I Liqası  XXIV turunda “İmişli”ni məğlub edən “Karvan” futbolçuları mükafatlandırılıb.

İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik turun mərkəzi görüşündəki qələbəyə biganə qalmayıb. Qalibiyyət komanda üzvlərinin hər birinə 200 manat qazandırıb.

Qarşlaşmada yeganə qolu “Karvan”ın qabonlu müdafiəçisi Uensley Ondo vurub.

Xatırladaq ki, bu məğlubiyyətlə çempionluq yolunda zərbə alan “İmişli” komandası lider “Qaradağ Lökbatan”ın 6 xal gerisinə düşüb. “Karvan” isə 38 xalla 5-ci sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43