Ölkə futbolu

Şahin Diniyev: “Bəlkə də, mövsümün ən zəif oyununu oynadıq”

“Deyiləcək bir söz yoxdur. Oyuna yaxşı hazırlaşmışdıq, amma istədiyimiz kimi alınmadı. Bəlkə də, mövsümün ən zəif oyununu oynadıq. “Qəbələ” daha istəkli idi. Əslində, əskinə olmalıydı, şanslarımız qalmalıydı. Bu gün artıq avrokubok şansı yoxdur. Futbolda hər şey olur, qəbul etmək lazımdır. Yolumuza davam edəcəyik. “Qəbələ”ni təbrik edirəm. İstədiyimi isə ala bilmədim”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev “Qəbələ” məğlubiyyəti sonrası deyib. O, daha sonra belə davam edib:

“Yeni komandayıq, futbolçular ilk dəfə idi bir yerdə idilər. Ənənə, stabillik olmalıdır. Bəzi yerlərdə güclənməyə ehtiyacımız var. Gələcəyə baxış üçün yaxşı komandamız var. Komanda 90 faiz dəyişdi, zədəlilərimiz oldu. Səhvi özümüzdə axtarmalıyıq. Altıncı yerdəyik, liqadan düşmürük. Gördüyümüz odur ki, komandanın yeni olması bu problemləri artırdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43