İdman

Rəhbər təbrik etdi, futbolçular qol açıb oynadı – 15 yaşdan rəngarəng görüntülər

“Kəpəz” klubunun rəhbərliyi və futbolçuları “Xəmsə” fanklubunun yaradılmasının 15 illiyinə həsr olunan tədbirdə iştirak ediblər.

İdmanxeber.az-ın məlumatına görə, İdarə Heyətinin sədri İlqar Nadiri azarkeş birliyini təbrik edərək bu illər ərzində fanklubun “Kəpəz”ə daim dəstək verdiyini, fanatların istər ev, istərsə də səfər oyunlarında tribunada yer aldığını bildirib. Vətən müharibəsində “Xəmsə” üzvlərindən şəhid və qazilərin olduğuna diqqət çəkərək fanklubun təkcə azarkeşlik etməkdə deyil, vətənpərvərlikdə də önə çıxdığını qeyd edib. İdarə Heyətinin üzvü, “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov da təbriklərini çatdıraraq klubun hər zaman belə azarkeşlərə ehtiyacının olduğunu deyib. Çıxışlardan sonra hədiyyələr təqdim olunub.

Əlamətdar gündə “Xəmsə”ni tək qoymayan kapitanlar – Vurğun Hüseynov, Yeqor Xvalko, Əli Səmədov, eləcə də onların komanda yoldaşlarından Tural Rzayev, Amil Yunanov, Junior Martins və Olavale Onanuqa da təbriklərə qoşulub. Futbolçular komanda azarkeş birliyinin nəticələrə müsbət yöndə təsir etdiyini vurğulayıblar. Sonda oyunçular azarkeşlərlə birlikdə onların bəstələrini oxuyub, oynayıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43