Dünya futbolu

“Real” təhlükəlidir, amma onlarla oynamaq olar”

“Bavariya”nın hücumçusu Tomas Müller Çempionlar Liqası yarımfinal mərəhləsində “Real”la qarşı cavab matçını şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu qarşılaşmanın çox önəmli olduğunu qeyd edib:

“Real” təhlükəlidir, amma onlarla oynamaq olar. Bu, çox çətin bir görüş olacaq. Futbolun çox hissəsi soyuqqanlılıq və bitirmə şanslarına düşür.

Şansları əldən versəniz, itirərsiniz. Əksini etsəniz, qazanırsınız. Bu çox sadədir”.

İlk oyun heç-heçə başa çatıb – 2:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43