İdman

“Qarabağ”ın oyunu bu səbəbdən canlı yayımlanmır

“Qarabağ”ın “Kukesi” ilə bugünkü oyununu heç bir kanal canlı yayımlamaq istəmir.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb albanların tələb etdiyi puldu. Belə ki, “İdman Azərbaycan” kanalı cavab matçını ilk oyunlar barter etmək istəməsi albanları razı salmayıb. Onlar bu yayım qarşılığında 10 min avro tələb edirlər. Lakin bizim kanallardan da heç biri bu pulu vermək istəmir. Məhz bu baxımdan da, oyunun canlı yayımlanmama ehtimalı olduqca yüksəkdi.

“İdman Azərbaycan” kanalından saytımıza verilən ən son məlumatda bildirilir ki, oyunun canlı yayımlanıb-yayımlanmaması hələ də sual altındadı. Əgər son anda qeyr-adi bir şey baş verməyəcəyi təqdirdə matç yayımlanmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43