Ölkə futbolu

“Qarabağ”ın oyununa bilet satışında izdiham – FOTO

Avqust ayının 15-i UEFA Çempionlar Liqasının pley-off mərhələsində doğma divarlar arasında "Kopenhagen"i qəbul edəcək "Qarabağ"ın oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb.

İdmanxeber.com-un məlumatına görə, bilet satışına saat 10:00-dan etibarən start verilsə də, azarkeşlər daha erkən saatlarda Tofiq Bəhramov adına Respublika stadionuna axın ediblər. Arenanın kassalarının önünə minlərlə futbol həvəskarlarının toplanması oyun gününə qədər biletlərin tükənəcəyini göstərir.

Qeyd edək ki, biletlərin qiyməti nömrəli sektorlara görə 1-10 AZN arası dəyişir, VİP sektoruna isə 50 AZN-dir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43