Dünyadan

Fransa çempionatı: “Lion” qələbə qazandı

Fransa çempionatında II tura start verilib.

İdmanxeber.com-un məlumatına görə, Liqa1-in ikinci turu iki qarşılaşma ilə başlayıb.

Maraqlıdı ki, hər iki görüşdə qonaqlar eyni hesablı qələbəyə sevinib və bütün qollar fasilədən sonra vurulub.

Günün ilk oyununda “Nitsa” “Trua”nı qəbul edib. Qonaqlar səfərdən 3 xalla dönüb. “Lion” isə “Renn”lə səfər matçında qalib gəlməyi bacarıb.

 

Fransa Liqa 1

II tur

11 avqust

“Nitsa” – “Trua” – 1:2

Qollar: Plea, 62 – Nyan, 53, Xaui, 85

 

“Renn” – “Lion – 1:2

Qollar: Buriqo, 86 – Depay, 57, Dias, 74


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43