Ölkə futbolu

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Moldovanın “Şerif” klubu arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, artıq 13 min bilet satılıb. Məlumatı Ağdam klubunun “facebook” səhifəsi yayıb.

Qeyd edək ki, azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər.

“Qarabağ” – “Şerif” matçı iyulun 25-də keçiriləcək və saat 21:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43