Dünyadan

“Qarabağ”ın qolunu saymayan hakimə UEFA-dan yeni təyinat

Futbol üzrə Avropa Liqasında Azərbaycanın “Qarabağ” və İtaliyanın “İnter” komandaları arasında keçirilmiş oyunun yan xətt hakimi Ondrjey Pelikan UEFA-dan növbəti təyinat alıb.

İdmanxeber.com-un “Report”a istinadən məlumatına görə, UEFA Hakimlər Komitəsi Pelikanı 17 – 30 iyunda Çexiyada 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının hakimləri siyahısına daxil edib.

O, qitə birinciliyinin oyunlarında ehtiyat hakim funksiyalarını yerinə yetirəcək 2 yerli hakimdən biri olacaq.

Qeyd edək ki, 2014-cü il dekabrın keçirilmiş 11-də “Qarabağ” – “İnter” matçının 90+4-cü dəqiqəsində Riçard Almeydanın vurduğu qol məhz Ondrjey Pelikanın işarəsindən sonra sayılmayıb. Pelikan həmin vaxt ofsayd olduğunu bildirib. Nəticədə baş hakim Miroslav Zelinka qolu ləğv edib və oyun 0:0 hesablı heç-heçə ilə nəticələnib. “Qarabağ”ın şikayətindən sonra hakimlər briqadasının cəzalandırılacağı gözlənilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43