Dünya futbolu Kateqoriyasız

“Qarabağ”ın rəqibini məyus edən xəbər

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Gent” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, komandanın yarımmüdafiəçisi Matisse Samoise zədələnib. Belçika U-21 millisinin də üzvü olan 20 yaşlı furbolçu “Kortreyk”lə çempionat matçının 25-ci dəqiqəsində sıradan çıxıb. Onun son durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək.

Qeyd edək ki, “Qarabağ” KL-ın pley-offunda “Gent”lə qarşılaşacaq. Tərəflər arasında ilk matç fevralın 16-da Bakıda, cavab oyunu isə 1 həftə sonra Belçikada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43