Dünyadan

“Qarabağ”ın rəqibləri Fransada üz-üzə

Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın yer aldığı F qrupunda daha bir oyun baş tutacaq.

Qrupun lideri “İnter” Fransada “Sent Etyen”in qonağı olacaq. Meydan sahibləri qələbə qazanmaqla qrupdakı vəziyyətini yaxşılaşdırmağa çalışacaq. Ancaq onu da qeyd edək ki, “Sent Etyen” keçirdiyi hər üç görüşdə 0:0-lıq nəticə əldə edə bilib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43