Kateqoriyasız

“Qarabağ”ın Vüqara təklif etdiyi məbləği eşidəndə susdum” – əmisi

“Vüqar indi də “Qarabağ”da qalmaq istəyir. Amma klubun təklifi onu qane etmir”. 

İdmanxeber.com apasport.az-a istinadən xəbər verir ki, bunu milli komandamızın yarımmüdafiəçisi Vüqar Nadirovun əmisi Adil Nadirov deyib.

“Qarabağ” klubunun yaradıcılarından olan Adil Nadirov qardaşı oğlunun sevimli komandada qalmasını istədiyini bildirib: “Qarabağ” Vüqara indi aldığından çox-çox az maaş təklif edib. Vüqar da bununla razılaşmır. Açığı, şəxsən mən özüm ona “Qarabağ”da qalmağı məsləhət gördüm. Amma “Qarabağ” rəhbərliyinin təklif etdiyi məbləği eşidəndə susdum. Axı futbolçu ömrü qısadı. O da bu müddətdə normal qazanc əldə etmək istəyir. Vüqar uşaq deyil, özü öz çıxarlarını yaxşı bilir”.

Veteran futbol mütəxəssisi qardaşı oğlu ilə maraqlanan komandaların adlarını da açıqlayıb: “Hazırda “Xəzər Lənkəran”, “Qəbələ” və “Neftçi”dən təklif var. Amma Vüqar tələsmək istəmir. Bəlkə elə “Qarabağ”la yeni müqavilə bağladı. Onun verəcəyi istənilən qərarı dəstəkləyəcəm”.

Qeyd edək ki, Vüqar Nadirovun “Qarabağ”la müqaviləsi başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43