İdman

Bakı, möcüzəyə hazır ol – VİDEO

12-28 iyun tarixlərində Bakıda keçiriləcək ilk Avropa Oyunlarının hazırlıq prosesini əks etdirən videolar seriyası yayımlanıb.Açılış mərasimi Azərbaycan mədəniyyətini və Bakının ev sahibi olan şəhər kimi müasir Avropada rolunu əks etdirəcək.

İdmanxeber.com-un buro247.az-a istinadən yaydığı xəbərə görə, açılış mərasiminin bədii direktoru Dimitris Papaioannou Afina 2004 Olimpiya Oyunlarının mərasimlərinin təşkilatçılığını edib. Rəsmi məlumata görə, açılış və bağlanış mərasimlərinə 2000 nəfər cəlb olunub. Dünyanın aparıcı prodakşn  şirkəti FiveCurrents Açılış və Bağlanış mərasimlərinin quruculuq işlərini təşkil edəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43