Kateqoriyasız

“Azərbaycan millisi aşağı səviyyəli komandadır”

Norveç yığmasının futbolçusu Stefan Yohansen İsveçlə yoxlama görüşündən sonra jurnalistlərə açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, iyunun 12-də “Avro-2016″nın seçmə mərhələsində qarşılaşacaqları millimizlə oyuna da toxunan Yohansen belə deyib:

“Azərbaycanla oyuna yüksək tepmdə başlamalıyıq. Əlbəttə, Azərbaycan millisi İsveçlə müqayisədə aşağı səviyyəli komandadır. Ancaq onlarla görüşdə daha yaradıcı və dəqiq oynamalıyıq”.

Qeyd edək ki, iyunun 12-də “Ullevaal” stadionunda keçiriləcək Norveç – Azərbaycan oyunu Baı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43