Kateqoriyasız

“Qarabağ”ın yeni transferi: “Burdakı şəraiti görəndə doğrudan təəccübləndim”

“Qarabağ”ın yeni qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina mətbuatına açıqlama verib.

 “Jelezniçar” və “Mersin İdmanyurdu”nun sabiq qolkiperi: “Qarabağ”dakı şəraiti görəndə doğrudan təəccübləndim. Burda məşq etmək üçün çox gözəl şərait mövcuddu. Şəhər özü də çox gözəldi. “Qarabağ” iddialı komandadı. Onların əsas hədəfi növbəti mövsümdə Avropa Liqasının qrup mərhələsində oynamaqdı. Artıq yeni klubum var. İndi bütün diqqətim bu komandaya yönəlib. Mənə sadəcə “Qarabağ” rəhbərliyinin etimadını doğrultmaq lazımdı” – deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43