Ölkə futbolu

“Qarabağ”ın yeni transferi: “Qurban Qurbanov məni təbrik etdi”

"Mənim üçün "Qarabağ" kimi bir klubun üzvü olmaq sevindiricidi. İnşallah çalışmalıyam ki, heyətə düşə bilim. Bunun üçün bütün gücümü ortaya qoyacam".

Bu sözləri idmanxeber.com-a açıqlamasında "Qarabağ"ın yeni transferi Vüqar Mustafayev deyib.

Ağdam klubu ilə 3 illik müqavilə imzalayan yarımmdüafiəçi daha sonra bunları deyib:

"Düzdü heyətə düşmək asan olmayacaq. Lakin çalışaraq bunun öhdəsindən gəlməyə müvəffəq olacam. Artıq "Simurq"la da halallaşdım. Qurban Qurbanov da transfer reallaşdıqdan sonra bazada məni təbrik etdi".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43