19 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ”ın yeni transferi “Tottenhem” və “Fiorentina”ya “yox” deyib

“Qarabağ”ın yeni transferi İnnosent Emeqara Ağdam klubunu seçməmişdən öncə bir neçə tanınmış komandadan imtina edib.

İdmanxeber.com-un məlumatına görə, isveçrəli hücumçu İtaliyanın “Fiorentina” və İngiltərənin “Tottenhem” klublarına “yox” deyib.

Bundan əlavə, “Nyukasl”, “Vest Hem” kimi İngiltərənin digər tanınmış komandaları da Emeqara ilə yaxından maraqlanıb.

Qeyd edək ki, forvard yanvar ayına kimi “Qarabağ”da icarə əsasında çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43