Ölkə futbolu

“Qarabağ”ın yeni transferi – VİDEO

2017/18-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” Donetsk “Şaxtyor”undan ukraynalı qapıçı Anton Kanibolotski ilə iki illik müqavilə imzalanıb.

Peşəkar karyerasına “Dnepr”də başlayan Kanibolotski daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib. Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43