Kateqoriyasız

“Qarabağ”ın yeni uğuru

“Qarabağ” futbol üzrə Misli Premyer Liqasında yeni yeni nailiyyətə imza atıb.

Idmanxeber.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar” buna “Neftçi”ni 3:1 hesabı ilə məğlub etdikləri 8-ci tur oyununda müvəffəq olub.

Ağdam təmsilçisi xal itkisi ilə üzləşməyən yeganə komandadır. Bu, ölkə çempionatları tarixində 8-ci belə seriyadır. Cari mövsümədək 7 dəfə bir klub ilk yeddi qarşılaşmada xal itirməyib.

“Qarabağ” ikinci dəfə bunu bacarıb. Komanda 2019/20 mövsümünə də belə başlayıb.

Tarixdə yalnız 4 kollektiv belə starta imza atıb. “Qarabağ”dan başqa, “Neftçi” dörd (1992, 1994/95, 1996/97, 2000/01), “Şəfa” (2003/04) və “Xəzər Lənkəran” (2007/08) hərəyə bir dəfə ilk yeddi görüşdə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43