Kateqoriyasız

“Qarabağ”la oyunda bizi döydülər” – “Nant”ın futbolçusu

“İlk yarıda yaxşı vəziyyətdə idik. Amma sonradan pilləkəndən aşağı endik və bizi döydülər”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Nant” komandasının futbolçusu Samuel Mutussami “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları oyun barədə klubun rəsmi saytına müsahibəsində deyib.

0, “Oyunun intensivliyinə görə “Qarabağ” daha cəlbedici idi” – deyə, bildirib

Qeyd edək ki, Azərbaycan təmsilçisi qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43