Kateqoriyasız

“Qəbələ” 7 futbolçusuz “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirir

“Simurq”la oyundan sonra 2 günlük istirahətə buraxılan “Qəbələ” klubu dünəndən etibarən növbəti – XXV tur çərçivəsində “Neftçi” ilə keçiriləcək qarşılaşmanın hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəsi olan Omar Kalabane, Dieqo Koşta Silva, Rafael Santos və milli komandaların heyətində yer alan Kamran Ağayev, Elnur Allahverdiyev (hər ikisi Azərbaycanın əsas yığması), Ürfan Abbasov və Ruslan Tağızadə (hər ikisi Azərbaycanın U-21 yığması) qatılmayıb.

Xatırladaq ki, “Qəbələ” – “Neftçi” qarşılaşması martın 9-da, Qəbələ Şəhər Stadionunda baş tutacaq. Saat 13:00-da start götürəcək matç “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43