Kateqoriyasız

“Qəbələ” də “Qarabağ”ın uğuruna biganə qalmadı

“Qəbələ” İdman Klubunun kollektivi “Qarabağ”ı  Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib.

İdmanxeber.com-un məlumatına görə, klub rəsmi saytı vasitəsi ilə Ağdam təmsilçisinə  qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində “Tvente”ni mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43