Kateqoriyasız

Danilo Dias: “Bütün diqqətimiz püşkatmaya yönəlib”

“Qarabağ”ın futbolçusu Danilo Dias “Tvente” ilə oyunda əldə olunan sərfəli nəticəni şərh edib.

Braziliyalı futbolçu idmanxeber.com-a açıqlamasında bunları deyib:

“Əslində deyiləcək çox şey yoxdu. Əsas olan səfərdən sərfəli nəticə ilə qayıtmaq idi ki, bunu da bacardıq. Biz buna inanırdıq. Xoşbəxtik ki, bizə inananları da məyus etmədik. Artıq bütün diqqətimiz püşkatmaya yönəlib. Qrupları gözləyəcəyik. Rəqiblərimizin kimliyindən asılı olmayaraq növbbəti dəfə tarix yazmaq istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43