Ölkə futbolu

“Qəbələ” iki yoxlama oyunu keçirəcək

Topaz Premyer Liqasının XI turunun “Bakı” ilə oyunundan sonra istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib.

İdmanxeber.com-un məlumatına görə,  milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə 4 gün istirahət edən “qırmzı-qaralar” noyabrın 7-dən məşqlərə start verib. Dünən ilk məşqinə çıxan komanda hazırlığın ilk mərhələsini doğma stadionda keçirir. Məşqlərdə milli komandaların düşərgəsində olan oyunçular, həmçinin zədəli Ruslan Əmircanovla Ürfan Abbasov iştirak etmir. Bu iki futbolçu məşqin bəzi bölümlərində kollektiv çalışmalara qoşulur, bəzilərində isə digər zədəli Vladimir Levin kimi fərqi məşq edir. Bu günə iki hazırlığı planlaşdırılan Dorinel Muntyanunun yetirmələri sabah yoxlama matçı keçirəcək. Komanda əvəzedici heyəti sınağa çəkəcək. Noyabrın 10-da da iki məşqi olan “Qəbələ” ertəsi gün Bakıya yollanmağı planlaşdırır. Belə ki, noyabrın 20-də paytaxtda AZAL-la keçiriləcək Premyer Liqa matçı öncəsi daha bir yoxlama matçı nəzərdə tutulub. “Qırmızı-qaralar” ayın 12-də “Sumqayıt”la üz-üzə gələcək. Bu qarşılaşma “Kapital Bank Arena”da baş tutacaq və saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Premyer Liqanın 11 turundan sonra aktivində 17 xal olan “Qəbələ “ turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43