Premyer Liqa

“Qəbələ” ilə oyun öncəsi “Qarabağ”da ciddi itkilər

“Bu gündən etibarən məşqlərə başladıq. Futbolçulara istirahət vermişdik. Komandanı oyuna tam hazırlamağa vaxtımız var”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis “Qəbələ” ilə oyun öncəsi komandanın heyətidnə olan zədəlilər barəsində də məlumat verib:

“Zədəlilərə gəlincə, Rəşad Sadıqov hələ də zədəlidir, Dani Kintana üçün də mövsüm başa çatıb. Əfran İsmayılovun oynayıb-oynamayacağı hələ ki, dəqiqləşməyib. Bu gün fərdi qaydada məşq edəcək.  Ağabala Ramazanov da bildiyiniz kimi, cəzalı duruma düşdüyü üçün oynamayacaq. Bəzi futbolçularda da xırda zədələnmələr var, amma oyuna qədər həmin zədələr də bərpa olunacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43